RU

“Türkiyənin Suriyada olmasının 2 səbəbi var” – Hakan Fidan

Bəşər Əsəd rejiminin devrilməsindən sonra bölgədəki son vəziyyəti dəyərləndirən xarici işlər naziri Hakan Fidan Türkiyənin Suriyadakı hərbi varlığının iki səbəbi olduğunu açıqlayıb.

“Bunlardan birincisi Türkiyəyə daha çox kütləvi köçün qarşısını almaq, ikincisi isə terrorla mübarizədir. Bu iki məsələ həll olunarsa, orada olmağımıza heç bir səbəb qalmayacaq”, -deyə Hakan Fidan Qətər mərkəzli “Əl-Cəzirə” televiziyasına müsahibəsində bildirib.

Suriyadakı vəziyyətin gedişatını görmək üçün vaxt verilməsi lazım olduğuna işarə edən Fidan, yeni administrasiyanın qanuni həmsöhbət kimi göründüyünü və onlarla ünsiyyətin başladığını bildirib.

Türkiyədəki suriyalı qaçqınların ölkələrindəki yeni mühitdən yararlanaraq, könüllü və təhlükəsiz şəkildə geri dönmələrinin ümid edildiyini qeyd edən Fidan, “Təbii ki, onların geri qayıtmaq istəyi müsbət qarşılanır”, – deyə bildirib.

Избранный
4
1
moderator.az

2Источники