“Heyəti Təhriri əl-Şam”ın lideri Əbu Məhəmməd əl-Colani Türkiyənin “Yeni Şəfəq” qəzetinə müsahibə verib.
Publika.az xəbər verir ki, Colani müsahibəsində Türkiyənin suriyalılara ən çox qucaq açan ölkə olduğunu bildirib.
O, Türkiyə ilə əlaqələrə toxunub: "Bildiyiniz kimi, suriyalılar bir çox ölkəyə sığınıblar, lakin onlara ən çox hörmət edən ölkə Türkiyə olub. Ümid edirəm ki, Suriya bu xeyirxahlığı unutmayacaq. Strateji əlaqələr olacaq. Yeni binaların inşasında Türkiyənin bir çox prioritetləri var. Suriya dövləti ilə də iqtisadi inkişaf təcrübələrini paylaşacaqlar. Bu zəfər təkcə Suriya xalqının deyil, həm də türk xalqının qələbəsidir. Bu, türk xalqı kimi səmimi insanların qələbəsidir”.
Colani suriyalı qaçqınların qayıtması ilə bağlı da danışıb: