RU

“Mərcan” klinikasının həkiminə 5 min manat verib plastik əməliyyat etdirib- 23 yaşlı Nərminin ölümü….

Xəbər verilir ki, yenə də növbəti cərrah naşılığının qurbanı bir sağlam xanım olub. Qeyd olunur ki, Bakıda daha bir gənc qız plastik əməliyyatın sonra həyatını itirib.


XALQ.AZ-ın məlumatına görə, plastik əməliyyat Mərcan klinikasında həyata keçirilib.


Belə ki, 23 yaşlı Nərmin plastik cərrah doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.

Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, təəssüf ki, həkim xəstəsinə laqeyd yanaşıb. Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və ordaca dünyasını dəyişib.

Qeyd edək ki, vəfat edən Nərmin  bloger fəaliyyəti ilə məşğul olub. Bir qızı var.

Məlumat üçün bildirir ki, “Mərcan”  Klinikasının baş həkimi Anestezioloq- Reanimatoloq Araz Ağayevdir.

 

Faktla bağlı araşdırmalar aparılır


Избранный
5
26
azia.az

10Источники