RU

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu

Yelo Bank, sosial məsuliyyət strategiyası çərçivəsində iqtisadiyyatımızın dayanıqlılığı və ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə verən layihələri dəstəkləməyi prioritet hesab edir.  Bu istiqamətdə atılan növbəti addım UNEC-də keçirilən "Müasir dövrün trendləri: Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” mövzusunda İqtisadiyyat və Sosial Elmlər Sahəsində Tədqiqatçıların I Beynəlxalq Konfransına dəstəyi oldu.

Tədbirdə yerli və beynəlxalq tədqiqatçılar yaşıl iqtisadiyyat, dayanıqlı enerji və ekoloji məsuliyyət kimi mühüm mövzuları müzakirə etdilər. Afrika, Avropa, ABŞ və digər ölkələrdən qatılan iştirakçılar konfransa müxtəlif məqalələr təqdim edərək, qlobal problemlərin həlli ilə bağlı bilik və təcrübələrini bölüşdülər.

Bu cür təşəbbüsləri dəstəkləyərək, Yelo Bank Azərbaycanın intellektual və ekoloji inkişafına töhfə verməyə davam edir və gələcək nəsillər üçün daha yaşıl və dayanıqlı bir gələcəyin qurulmasına xidmət edir.

Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Избранный
25
13
anews.az

10Источники