Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə baş verən yanğın söndürülüb.
Bu barədə Ekologiya.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.