RU

Aİ Gürcüstana sanksiyalarla bağlı razılığa gələ bilmədi – Kallas

“Dekabrın 16-da Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstana sanksiyalarla bağlı razılığa gəlmək mümkün olmadı. Buna baxmayaraq, bu məsələ ilə bağlı işlər davam etdirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

O, Aİ liderlərinin bugünkü toplantısında Gürcüstanla bağlı müzakirənin də aparılacağını bildirib.

“Biz Avropa İttifaqından güclü siqnal göndərmək, Gürcüstan hökumətinə təzyiq göstərmək üçün başqa nə edə biləcəyimizi düşünürük”, - ali nümayəndə söyləyib.

Xatırladaq ki, Aİ XİN Şurasının toplantıda Gürcütanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi barədə razılıq əldə olunsa da, Macarıstan və Slovakiya sanksiyalara qarşı çıxıb.


Müəllif: Cəmilə Babayeva
Избранный
8
teleqraf.com

1Источники