RU

Fransadan növbəti təxribat, küçəyə “Stepanakert” adı verildi-FOTO  

Fransanın Valans şəhərində küçələrdən biri “Stepanakert” adlandırılıb.

Musavat.com xəbər verir ki, küçəyə ad verilməsi ilə bağlı mərasim də təşkil olunub.

Dekabrın 14-də baş tutan tədbirdə şəhər meri Nikola Daraqon, “artsax”ın Fransadakı nümayəndəsi elan edilmiş Hovhannes Gevorqyan iştirak edib.

Göründüyü kimi, ermənilər hələ də israrla “artsax”, “stepanakert” axtarışındadırlar.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Musavat.com-a şərhində bildirib ki, Fransadan belə təxribatlar gözləniləndir.

Politoloq Fransanın anti-Azərbaycan, ermənipərəst siyasətinə diqqət çəkərək qeyd edib ki, bu siyasət hələ də korrektə edilməyib:

“Bu, təkcə Fransa prezidenti Makronun siyasəti deyil, demək olar ki, bütün Fransa siyasi qurumları, parlamentdən bələdiyyələrə qədər anti-Azərbaycan siyasəti yürüdürlər. Münasibətlər o həddə qədər gərginləşib ki, Makronun hakimiyyəti bitdikdən sonra da münasibətləri normallaşdırmaq çətin olacaq. Hansı ad qoyulmasından asılı olmayaraq, Azərbaycan qələbə qazanıb.

Qarabağ erməni silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə separatçılar qəbul edilirdi, Qarabağa qanunsuz səfərlər həyata keçirilirdi. Bunun qarşısı alınıb, separatçılar həbs olunub. Qarabağ Azərbaycanın nəzarəti altındadır. Arxadan daş atmağa çalışırlar, amma münasibətlər ən gərgin həddə qədər korlanıb.  

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
7
musavat.com

1Источники