“Transfermarkt” internet-portalı ilin yekun yenilənmələri əsasında İtaliya A Seriyasının oyunçularının bazar qiymətlərini açıqlayıb.
Arena.az məlumat verir ki, İtaliya A Seriyasının ən bahalı futbolçusu transfer qiyməti 100 milyon avro məbləğində qiymətləndirilən, “İnter”in argentinalı hücumçusu Lautaro Martinesdir.
İtaliya A Seriyasının ən bahalı oyunçularını onluğunu təqdim edirik:.
- Lautaro Martines (“İnter”, 100 milyon avro);
- Xviça Kvaratsxeliya (“Napoli”, 85 milyon avro);
- Nikolo Barella (“İnter”, 80 milyon avro);
- Rafael Leao (“Milan”, 75 milyon avro);
- Alessandro Bastoni (“İnter”, 75 milyon avro);
- Markus Türam (“İnter”, 75 milyon avro);
- Duşan Vlahoviç (“Yuventus”, 60 milyon avro);
- Bremer (“Yuventus”, 60 milyon avro);
- Federiko Dimarko (“İnter”, 60 milyon avro);
- Ademola Lukman (“Atalanta”, 55 milyon avro).