AZ

A Seriyasının ən bahalı futbolçuları açıqlandı

“Transfermarkt” internet-portalı ilin yekun yenilənmələri əsasında İtaliya A Seriyasının oyunçularının bazar qiymətlərini açıqlayıb.

Arena.az məlumat verir ki, İtaliya A Seriyasının ən bahalı futbolçusu transfer qiyməti 100 milyon avro məbləğində qiymətləndirilən, “İnter”in argentinalı hücumçusu Lautaro Martinesdir.

İtaliya A Seriyasının ən bahalı oyunçularını onluğunu təqdim edirik:.

  1. Lautaro Martines (“İnter”, 100 milyon avro);
  2. Xviça Kvaratsxeliya (“Napoli”, 85 milyon avro);
  3. Nikolo Barella (“İnter”, 80 milyon avro);
  4. Rafael Leao (“Milan”, 75 milyon avro);
  5. Alessandro Bastoni (“İnter”, 75 milyon avro);
  6. Markus Türam (“İnter”, 75 milyon avro);
  7. Duşan Vlahoviç (“Yuventus”, 60 milyon avro);
  8. Bremer (“Yuventus”, 60 milyon avro);
  9. Federiko Dimarko (“İnter”, 60 milyon avro);
  10. Ademola Lukman (“Atalanta”, 55 milyon avro).
Seçilən
2
1
arena.az

2Mənbələr