Rusiyanın “Oreşnik” raketi orta mənzilli silahdır, o, 5,5 min km-ə qədər məsafədə uça bilir, Qərbin raket əleyhinə sistəmləri onun qarşısını ala bilməyəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “birbaşa xətdə” deyib.
“Bu raketləri vurmaq şansı yoxdur. Əgər adını çəkdiyiniz Qərb ekspertləri belə düşünürlərsə, qoy Rusiyaya və ABŞ-dakı sponsorlarına XXI əsrin yüksək texnologiyalı duelini keçirməyi təklif etsinlər. Qoy, hansısa dağıdıcı hədəfi müəyyən etsinlər… Tutalım ki, Kiyevdə. Onlar bütün hava hücumundan və raketdən müdafiə qüvvələrini oraya cəmləsinlər, biz də “Oreşnik”lə ora zərbə endirəcəyik. Və gəlin görək nə olacaq”, – Putin “Oreşnik”də Qərb ekspertlərinin iddia etdiyi zəifliklərin olub-olmaması sualına cavabında bildirib.
Rusiya prezidenti onu da qeyd edib ki, “Oreşnik” çoxillik dizayn təcrübəsinə əsaslanan Rusiyanın ən son istehsalıdır, o, modifikasiya olunmuş sovet raketi deyil.
“Oreşnikin” niyə belə bir ad aldığını soruşduqda, Putin: “Düzünü desəm, bilmirəm”, deyib.
Azpost.info