Məlum olduğu kimi, bu gün Misirin paytaxtı Qahirə şəhərində “D-8” İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü keçirilir. Yeniavaz.comxəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov da bu tədbirdə iştirak etmək üçün Misirə səfər edib. Qeyd edək ki, bu ilin əvvəlində mətbuatda Azərbaycanın “D-8”ə üzv olmaq üçün müraciət etdiyi barədə məlumatlar yayılıb. Baş nazir Əli Əsədovun “D-8” toplantısında iştirak etməsi Azərbaycanın da bu quruma üzv qəbul ediləcəyi ilə bağlıdır. Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə deyib ki, qardaş Azərbaycana təşkilatımıza xoş gəldin deyirik.