Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub.
News365.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Suriyada məqsədimizə çatdıq, İslam xilafətinin yaradılmasına imkan vermədik" - deyə Rusiya Prezidenti vurğulayıb.
Putin Suriyada hakimiyyətə gələnlərin terrorçular olmadığını qeyd edib.
O, Suriyada sülhün bərqərar olacağına ümid etdiyini bildirib.