Xəbər verdiyimiz kimi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Sözügedən yolun salınmasının hansı üstünlükləri olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Yasin Mustafa bildirib ki, yeni layihə Həsən Əliyev küçəsinin davamı olacaq:
“Hazırda Həsən Əliyev küçəsi ilə hərəkət edən sürücülər Keşlə bazarında dalana dirənməyə məcbur qalırlar. Yeni layihəyə əsasən isə bu ərazidən nəqliyyat axını davam edəcək. Belə ki, hərəkət iştirakçıları Ulduz metrosuna, daha sonra isə ASAN Xidmət mərkəzinə doğru yollarına davam edəcəklər. Sonda isə bu yol “Koroğlu” metro stansiyasının yaxınlığındakı dairəyə birləşəcək.
Təbii ki, bu yolun salınmasının üstünlükləri və faydaları olacaq.
Xüsusilə də, sözügedən layihənin reallaşdırılması sıxlığın aradan qaldırılmasına kömək edəcək”.
Qeyd edək ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilir. Layihə çərçivəsində Keşlə bazarının sökülməsi də nəzərdə tutulur.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта