Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ilə dörd ildən çoxdur ünsiyyətdə olmadığını açıqlayıb.
Milli.Az xəbər verir ki, Putin yeni seçilmiş ABŞ Prezidenti ilə dialoqa hazır olduğunu da bəyan edib:
"Tramp ilə dörd ildən çoxdur danışmamışam. Amma istənilən vaxt dialoqa hazıram. Əgər o görüşmək istəyərsə, buna da hazıram", - deyə Rusiya lideri vurğulayıb.
O, Rusiya və ABŞ arasında hazırkı münasibətləri şərh etməsə də, gələcəkdə liderlər arasında birbaşa dialoqun mümkünlüyünü istisna etməyib. Ekspertlər hesab edir ki, belə bir görüş ABŞ və Rusiya arasında diplomatik əlaqələrin yenidən qurulmasına təkan verə bilər.
Trampın gələcəkdə Rusiya ilə əlaqələrdə hansı addımları atacağı isə hələlik qeyri-müəyyən olaraq qalır.
Nərmin
Milli.Az