RU

Özbək jurnalistlər Mətbuat Şurasının qonağı OLDULAR – FOTO

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Salimovun rəhbərlik etdiyi bir qrup özbəkistanlı jurnalist Azərbaycan Mətbuat Şurasının qonağı olub.

Yenicag.az xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli qonaqları salamlayıb və onları Bakıda görməkdən şad olduğunu bildirib. O, həmçinin Azərbaycan-Özbəkistan media münasibətlərinin vacibliyini vurğulayıb. H. Heydərli qeyd edib ki, bu ilin aprel ayında Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb və iki ölkə jurnalistləri arasında mütəmadi görüşlərin keçirildiyi bildirilib.

Daha sonra Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Salimov çıxış edərək, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, bildirib ki, Özbəkistan Jurnalistlər İttifaqı ilə Mətbuat Şurası arasında sıx işbirliyi mövcuddur və ortaq layihələr haqqında razılıq əldə edilib.

Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov qonaqlara Şuranın iş mexanizmi, yaranma tarixi və ümumi fəaliyyəti barədə geniş məlumat verib. Özbəkistan Jurnalistlər İttifaqının Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif isə görüşün əhəmiyyətini vurğulayıb.

Daha sonra “Azxeber.com” informasiya portalının baş direktoru Əfsələddin Ağalarov, Azərbaycan-Özbəkistan əlaqələrinin mövcudluğundan danışıb. “Editor.az” saytının rəhbəri Fərid Şahbazlı isə Azərbaycan-Özbəkistan əlaqələrinin qarşılıqlı inkişaf yoluna qədəm qoyduğunu bildirib.

Görüşdə iştirak edən digər şəxslər arasında Özbəkistanın tanınmış jurnalisti Xurşid Dostməhəmməd, Özbəkistan Ali Məclisinin Senat üzvü Mahmud Tahir və gənc jurnalistlər Aziza Alimova ilə Əmir Hayotzadə də çıxış ediblər.

Sözügedən görüş Azərbaycan ilə Özbəkistan arasında media sahəsində daha da möhkəm əlaqələrin qurulması istiqamətində mühüm addım olaraq qiymətləndirilib.

Sonda xatirə şəkli çəkilib.

Избранный
45
yenicag.az

1Источники