RU

Agentliyin “1542” Çağrı mərkəzində yeni xidmət istifadəyə verilib » AzadMedia.az


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti vətəndaşların istifadəsinə verilib. Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) aşağı sağ küncdə yerləşən “Onlayn çat” bölməsi vətəndaşlarla qarşılıqlı ünsiyyəti və Agentliyə müraciət imkanlarını daha da genişləndirir. Bu xidmət vasitəsilə vətəndaş müraciətləri, sorğular fasiləsiz (24/7) cavablandırılır. Cavablandırmada bot və ya süni intellekt tətbiq edilmir, bütün müraciətlər Agentliyin Çağrı mərkəzinin operatorları tərəfindən cavablandırılır.
Vətəndaşlar Agentliyin fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı “Onlayn çat” bölməsinə suallarını yaza bilərlər. Məsələn, icbari tibbi sığortadan istifadə qaydası, Xidmətlər Zərfi ilə qarşılanan tibbi xidmətlər, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə və digər məsələlər.
Əlavə olaraq qeyd edək ki, Çağrı mərkəzinin fəaliyyətində daha bir yenilik var. Vətəndaşlar Çağrı mərkəzinə zəng etdikdən sonra, göstərilən xidmətin keyfiyyətini qiymətləndirmək üçün onlara sorğuda iştirak təklif edilir. Xidmət keyfiyyəti 1-5 ballıq şkala ilə qiymətləndirilir. Bu sorğu vətəndaşlara göstərilən xidmətin yaxşılaşdırılmasına kömək edir.
Məlumat üçün bildirək ki, yenilənmiş versiyada vətəndaşların istifadəsinə verilən "its.gov.az" saytı NETTY - Milli İnternet Mükafatının "Dövlət və elektron hökumət" istiqaməti üzrə "Ən yaxşı veb sayt" nominasiyasında qalib seçilib.
Избранный
20
7
azadmedia.az

8Источники