RU

“Bir Kouçum Var” layihəsi tələbələrin karyera inkişafını dəstəkləyir - FOTOLAR

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Texniki Universitetində keçirilən və tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləyən “Bir Kouçum Var” layihəsi baş tutub. SİA xəbər verir ki, layihənin məqsədi tələbələrin karyera planlarını dəqiq müəyyən etmələrinə, potensiallarını kəşf etmələrinə və gələcək hədəflərinə doğru düzgün addımlar atmalarına dəstək olmaqdır.

Layihə Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycan bölməsi və Azərbaycan Texniki Universitetinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Layihə rəhbəri Azərbaycan Texniki Universitetinin İnsan Resursları Departamentinin direktoru Aytən Şıxalıyeva bu təşəbbüsün tələbələrin şəxsi inkişafı və karyera uğurları üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Bir Kouçum Var” layihəsi çərçivəsində tələbələrə beynəlxalq dərəcəli peşəkar kouçlar tərəfindən 4-6 sessiyadan ibarət onlayn fərdi kouçinq xidməti təqdim edilib. Bu xidmət, tələbələrə şəxsi hədəflərini müəyyən etmək, güclü tərəflərini aşkara çıxarmaq və gələcəkdə uğur qazanmaq üçün lazım olan addımları atmaqda kömək edəcək. Layihə tələbələr üçün ödənişsiz əsaslarla həyata keçirilir.

Layihə, tələbələrə yalnız karyera sahəsində deyil, həm də şəxsi həyatlarında uğurlarını artırmaq üçün əhəmiyyətli bir fürsət təqdim edir. Hər bir tələbə, peşəkar kouçların dəstəyi ilə öz potensialını maksimum dərəcədə inkişaf etdirmə imkanı qazanır.

Qeyd edək ki, layihənin davamlı olması və daha geniş auditoriyaya xidmət etməsi məqsədilə, “Bir Kouçum Var” layihəsinin digər ali təhsil müəssisələrində də həyata keçirilməsi planlaşdırılır. Bu təşəbbüsün, tələbələrin şəxsi və peşəkar inkişafına töhfə vermək üçün bütün ölkə üzrə genişlənməsi nəzərdə tutulur.

Избранный
2
9
sia.az

10Источники