“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi üzr istəyib.
Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, iş adamı ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəyib.
Xatırladaq ki, Aydın Dəmirçinin oğlu, “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi şirkətin bir neçə əməkdaşı ilə birgə Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
“Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта