RU

KapitalBankın depozit bazası artıb

2024-cü ildə Kapital Bankın depozit bazası bir il əvvəl ilə müqayisədə 1,2 milyard manat artıb. Bunun 900 milyon manatı manatla, 300 milyon manatı isə dollar ekvivalentində olub. Bu barədə bankın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib. 
 
Onun sözlərinə görə, bank  2023-cü il üzrə 176 milyon manat divident ödəyib və müştərilərinin sayı artdığından faiz ödəmləri artıb. 

Bankın İdarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədovun sözlərinə görə,  2024cü ilin ilk 10 ayında bankın aktivləri 10,1 mlrd manat təşkil edib və ilin sonuna bu göstəricinin dəyi.məycəyi proqnozlaşdırılır.  Bankın aktivləri ötən ilin eyni dövrünə nisbətən 15% artıb. 

"Kapital Bank aktivlərinin diversifikasiyasına çalışır. Kredit portfelində də kiçik və orta sahibkarlıq və ipoteka kreditlərinə diqqəti artırır”- o əlavə edib.
 
Məmmədov həmçinin bildirib ki, 2024-cü ilin sonuna "Kapital Bank"ın xalis mənfəti 240 – 250 milyon manat təşkil edəcək. 
 
2024-cü ilin ilk 10 ayında bankın gəliri 206 milyon manat olub. 

Bankın kredit portfeli bu ilin ilk 10 ayında 5,4 mlrd manat təşkil edib və ilin sonuna bu rəqəmin 5,5-5,6 mlrd manat olacağı proqnozlaşdırılır. 
 
Bankın öhdəliklərinin  7,2 mlrd manat təçkil edəcəyi gözlənilir.

 
N.Təbrizli

www.anews.az
Избранный
24
anews.az

1Источники