RU

“Beynəlxalq məhkəmələrdə Bakıya qarşı iddiaları geri götürməyə hazırıq” – Paşinyan


“Ermənistan sülh sazişi imzaladıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.
Baş nazir bildirib ki, bir-birinə qarşı irəli sürülən iddiaların geri götürülməsinə gəlincə, sülh müqaviləsi imzalanarkən iki nüans var:
“Onlardan biri odur ki, beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin ikitərəfli formatda həlli üçün aydın perspektiv olmalıdır. İkincisi, açıq şəkildə aydın olmalıdır ki, digər məsələlərlə bağlı mübahisələr beynəlxalq platformalar formatından çıxarıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməməlidir”, - Paşinyan deyib.
Избранный
11
1
yeniavaz.com

10Источники