Aparıcı, DJ Turalın Bakının mərkəzi küçələrinin birində lentə aldığı video maraqla qarşılanıb.
Videoda AYNA əməkdaşlarının işi sual doğurub.
“Bu zolaq maşınlar, digəri isə velosiped üçündür. Olmazdı ki, elə velosiped buradan, bir maşın o hissədən, o biri isə digər zolaqdan getsin? Və ya buranı parkinq etmək də olardı. Orada “dayanmaq qadağandır” nişanı qoyulub. Bu zolaq bizimçün hansı rolu oynayır?” , - DJ Tural agentliyə tənqidi sual ünvanlayıb.
Qeyd edək ki, daha əvvəl də AYNA-nın yollarda çəkdiyi zolaqlarla bağlı problemlər ortaya çıxmışdı.