ABŞ Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Xüsusi tapşırıqlar departamentinin direktor müavini Mirza Kezevadzeyə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin rəsmi saytında bildirilib.
Qeyd olunub ki, Vaşinqtonun bu addımı Böyük Britaniya ilə razılaşdırılıb.
Xatırladaq ki, Böyük Britaniya bu gün V.Qomelauri ilə yanaşı Gürcüstan DİN-nin rəhbərliyində təmsil olunan daha dörd nəfərə sanskiya tətbiqi barədə qərar qəbul edib.
Sanksiyalara aktivlərin dondurulması və səfərlərə məhdudiyyətlər daxildir
Müəllif: Cəmilə Babayeva