RU

"Yeni yol qəzaların sayını azaldacaq" —Nəqliyyat eksperti

Paytaxtda yeni avtomobil yolu inşa ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Yeni avtomobil yolu  paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər ərazini əhatə edəcək. Dövlət əhəmiyyətli layihənin həyata keçirilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Yeni yolun çəkilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” söküləcək.

Yeni salınacaq yolun əhəmiyyətini nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlayıb.

O söyləyib ki, yeni yolun inşası planı ötən ildən müzakirə olunur:

“Yeni yol Heydər Əliyev prospektinə gedən istiqamətdə alternativ təşkil edəcək. Prospekt istiqamətində müşahidə olunan sıxlığın aradan qaldırılmasına şərait yaradacaq. Əhməd Rəcəbli küçəsi ilə Ağa Nemətulla küçələrinin kəsişməsində və Keşlə bazarı kimi tanınan ərazidəki sıxlığı da azaldacaq. Bu yol vasitəsilə şəhər ətrafına səfərlər asanlaşacaq. Birbaşa magistral yol çəkiləcək və tunellər tikiləcək ki, məsafə qısalsın. Bu yolun çəkilməsi həm də qəza risklərini azaldacaq, belə ki, qəza ocaqlarından qurtulmaq mümkün olacaq”.

Törə Zeynallı
Demokrat.az

Избранный
21
demokrat.az

1Источники