RU

Blinken: ABŞ Suriyada hakimiyyətə gələnlərə qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

ABŞ Suriyada hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşması və onun lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraya qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir.
 
Bunu “Bloomberg” telekanalına müsahibəsində ABŞ-nin dövlət katibi Antoni Blinken də təsdiqləyib.
 
“Biz bütün sanksiyaları nəzərdən keçiririk. Təkcə özümüzünküləri yox. BMT də HTŞ və onun liderinə qarşı sanksiyalar tətbiq edib. Düşünürəm ki, biz Dəməşqdə inklüziv dünyəvi hökumət qurmaq üzrə konkret addımlar görməliyik, çünki bu keçid dövrü son nəticədə seçkilərlə yekunlaşacaq”, - Amerika diplomatiyasının rəhbəri deyib.
 
Onun sözlərinə görə, ABŞ-nin birbaşa təmaslar zamanı HTŞ-dən eşitdikləri müsbət siqnallar olub. “Məsələ onların reallıqda nə edəcəkləridir”, - Blinken bildirib.
 
Dövlət katibi vurğulayıb ki, Vaşinqton HTŞ-nin İŞİD və ya oradakı hər hansı digər terror qruplaşmaları ilə ittifaqa girməyəcəyinə əmin olmaq istəyir.
 
“HTŞ lideri əl-Culanidən müsbət açıqlamalar eşitdik. Amma hamının diqqəti orda həqiqətən başverənlərə yönəlib. Suallar xeylidir. Məsələn, onlar bütün Suriya vətəndaşlarını əhatə etmək üçün yeni hökumətə keçid üzərində işləyirlərmi?”, - Blinken qeyd edib.
Избранный
7
7
moderator.az

10Источники