RU

Putin və Mirziyayev generalın qətlindən danışdı

Rusiya Prezidenti Vladimir Putin və özbəkistanlı həmkarı Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Mirziyayev Putini uğurlu birbaşa bağlantı və mətbuat konfransına görə təbrik edib.

Liderlər həmçinin iki ölkə arasında əlaqələri daha da inkişaf etdirəcəklərini təsdiqləyiblər.

“Hər iki lider bütün sahələrdə Rusiya-Özbəkistan əlaqələrini ardıcıl şəkildə inkişaf etdirmək istəklərini təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.

Özbəkistan prezidenti telefon danışığı zamanı rusiyalı general İqor Kirillovun qətlini alçaq terror aktı adlandırıb.

İki ölkə liderləri terrorizmlə mübarizədə sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, generalın qətlində təqsirləndirilən özbək əsilli Əhmədjon Qurbanov barəsində həbs-qətiimkan tədbiri seçilib.

Избранный
18
11
axar.az

10Источники