RU

Azərbaycan TDT-nin media toplantısında

Dekabrın 19-da Azərbaycanın nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 6-cı toplantısında iştirak edib.

Məclisdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələr arasında media sahəsində ikitərəfli əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinin təşviqinə xüsusi diqqət göstərildiyini bildirib. O, sürətli texnoloji inkişafın yaratdığı yeni reallıqlar fonunda Türk dövlətləri arasında media sahəsində əlaqələrin gücləndirilməsinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Toplantının sonunda Kommünike qəbul olunub.

Səfər çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.

XQ

Избранный
12
5
xalqqazeti.az

6Источники