RU

Nigeriyada yarmarkada izdihamda 40 uşaq ölüb

Nigeriyanın cənub-qərbindəki İbadan şəhərində əyləncə yarmarkasında baş verən izdihamda 40 uşaq ölüb, 6 azyaşlı xəstəxanaya aparılıb.

Bu barədə “Far.Az” xarici mətbuata istinadən xəbər verir.

Oyo ştatı qubernatorunun xüsusi köməkçisi Sequn Ogunvuyi izdiham zamanı xeyli sayda uşağın yaralandığını, bəzilərinin ağır vəziyyətdə olduğunu deyib. Nigeriya Prezidenti Bola Əhməd Tinubu həlak olanlarla bağlı başsağlığı verib.

Tədbir pulsuz olub və böyük izdiham toplayıb, iştirakçılar içəri girmək istəyəndə izdiham yaranıb. Yerli sakinlər bildiriblər ki, əsas təşkilatçılar tədbirə gələndə 5 000 nəfərdən çox uşaq toplaşıb və izdiham yaranıb.

Polis təşkilatçı, şəhərin tanınmış simalarından Naomi Silekunola da daxil olmaqla, hadisədə iştirak edən 8 nəfəri həbs etdiyini bildirib.

Oyo ştatının hökuməti, şəhərin Başorun bölgəsindəki İslam Orta Məktəbində izdihamdan sonra qurbanların İbadandakı xəstəxanalara çatdırıldığını açıqlayıb.

Избранный
39
1
far.az

2Источники