RU

Misir Suriyada siyasi prosesi başa çatdırmaq səylərini dəstəkləyir

Misir Suriyada siyasi həll prosesinin tezliklə başa çatmasının tərəfdarıdır və buna yönəlmiş bütün səyləri dəstəkləyir.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi \"İslam səkkizliyi” (D-8) sammitinin yekun iclasında çıxışı zamanı bildirib.

\"Misir Suriyada hərtərəfli siyasi prosesin tamamlanmasına töhfə verən bütün səyləri dəstəklədiyini bir daha təsdiqləyir”, - o deyib.

Əs-Sisinin sözlərinə görə, Suriya hazırda 1974-cü ilin ikitərəfli razılaşmasına zidd olaraq Suriya ərazisinin əhəmiyyətli bir hissəsini ələ keçirən İsrail tərəfindən ölkənin suverenliyinin kobud şəkildə pozulması ilə üz-üzədir.

Misir lideri qeyd edib ki, Yaxın Şərqin üzləşdiyi problemlər müştərək səylər, geniş məsləhətləşmələr və təcrübə mübadiləsi tələb edir. Əs-Sisinin sözlərinə görə, bu kontekstdə D-8 müxtəlif səviyyələrdə bu qrupun üzvü olan dövlətlər arasında birgə fəaliyyətin təşviqi üçün əlverişli forum kimi çıxış edir.
Избранный
6
6
azxeber.com

7Источники