RU

Rusiyada çoxarvadlılığa icazə verilib, amma...

Rusiyada

Rusiyada çoxarvadlılığa icazə verilir. Ancaq bu, yalnız müsəlmanlar üçündür və yalnız qeyri-rəsmidir. Müvafiq qərarı Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası qəbul edib.

Reyting.az
xəbər verir ki, Moskva müftisi İldar Alyautdinov xəbəri “RİA Novosti” agentliyinə təsdiqləyib.

Onun sözlərinə görə, Rusiya müsəlmanları dördə qədər “dini nikah” bağlaya bilərlər.

“Ər-arvadın səhhəti, reproduktiv yaş dövrünün başa çatması və ya digər obyektiv səbəblərə görə, məsələn, həyat yoldaşının cinsi uyğunsuzluğu ilə bağlı uşaq dünyaya gətirə bilməməsi halında buna icazə verilir və uşaqlar da nəzərə alınır”, - Alyautdinov izah edib.

Eyni zamanda, çoxarvadlıdan bütün arvadları ilə “ədalətli və bərabər” davranmaq, o cümlədən maddi dəstək göstərmək və onların hər biri üçün ayrıca mənzil təmin etmək tələb olunur. Bu halda qadınlar çoxarvadlı evliliyə razılıq verməlidirlər. Əgər kişi bu şərtlərin yerinə yetirilməsini təmin edə bilmirsə, ona əlavə arvad almaq qadağandır.

Qeyd edək ki, Rusiya Federasiyasının Ailə Məcəlləsi çoxarvadlı nikahları birbaşa qadağan edir, baxmayaraq ki, bu normanın pozulmasına görə cəza nəzərdə tutulmur. Üləmalar Şurası tanıyıb ki, yalnız dini nikahda olan, lakin rəsmi nikahda olmayan qadınların hüquqları qanunla qorunmayacaq.

V. QULİYEV
Избранный
24
reyting.az

1Источники