RU

Vaşinqton Dəməşqlə dialoqun bərpasına hazırlaşır - Diplomatik nümayəndələr Suriyada

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yüksək səviyyəli nümayəndələri Dəməşqə səfər ediblər. Bu, Bəşər Əsədin devrilməsindən sonra Suriya paytaxtına ilk diplomatik missiyadır.
Oxu.Az-ın nbcnews.com-a istinadən məlumatına görə, bu barədə bu barədə Dövlət Departamentinin nümayəndəsi xəbər verib.
Onun sözlərinə görə, Dövlət Departamentinin Yaxın Şərq üzrə yüksək vəzifəli şəxsi Barbara Lifin rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyanın faktiki hökuməti kimi fəaliyyət göstərən "Həyat Təhrir əş-Şam" (HTŞ) üsyançı qruplaşmasının üzvləri ilə görüşəcəyi gözlənilir.
"Bu müzakirələr inklüziv Suriya hökumətinə keçidlə bağlı gözləntilərə və Əsəd rejimi dövründə itkin düşmüş Ostin Tays, Məcd Kamalmaz və digər ABŞ vətəndaşlarının taleyi barədə məlumat almaq ümidlərinə həsr olunacaq", - deyə Departamentin nümayəndəsi bildirib.
Избранный
21
47
oxu.az

10Источники