Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neftixracının dəyəri 3 milyard 90,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə- AZPROMO-ya istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə1,9% çoxdur.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 milyard ABŞdolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Nəticədə Azərbaycanın qeyri-neft ixracının dəyərində tariximaksimum qeydə alınıb.