Bakı, 20 dekabr, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Ruanda İnkişaf Şurasının baş icraçı direktorunun müavini Juliana Muganza ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin sosial xidmətlər sahəsində uğurlu təcrübəsi, bu sahədə aparılmış islahatlar barədə məlumat verilib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.