RU

Tarix yenidən yazılır: "ChatGPT" xəstəlik diaqnozunda həkimləri məğlub etdi

Boston şəhərindəki "Beth Israel Deaconess" Tibb Mərkəzində daxili xəstəliklər üzrə mütəxəssis Dr. Adam Rodman süni intellektlə hazırlanmış söhbət botlarının həkimlərə xəstəliklərin diaqnostikasında kömək edəcəyini düşünürdü. Lakin nəticələr onu heyrətləndirib.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, aparılan araşdırma zamanı, həm ənənəvi resurslardan, həm də "ChatGPT-4"dən istifadə edən həkimlər bu vasitəyə çıxışı olmayan həmkarlarından cüzi üstün performans göstəriblər. Təəccübləndirib məqam isə "ChatGPT"nin müstəqil olaraq həkimlərdən daha dəqiq nəticələr verməsi olub.

Araşdırma zamanı "OpenAI" şirkətinin söhbət botu tibbi vəziyyəti təhlil edərək diaqnoz qoymaqda orta hesabla 90% düzgünlük nümayiş etdirib. "ChatGPT"dən istifadə edən həkimlər isə 76%, istifadə etməyənlər 74% dəqiqliklə nəticə göstəriblər.

Bu nəticələr təkcə süni intellektin üstünlüyünü deyil, eyni zamanda bəzi həkimlərin öz diaqnozlarına çox güvəndiyini ortaya qoyub. Bundan əlavə, bir çox həkim "ChatGPT" kimi alətlərin imkanlarından tam istifadə edə bilməyib.

Müasir tibb və süni intellekt inteqrasiyası

Araşdırma zamanı 50 həkim altı tibbi hal üzrə sınaqdan keçirilib. Onlardan hər bir vəziyyət üçün üç mümkün diaqnoz təqdim etmələri, diaqnozu dəstəkləyən və ya ona qarşı çıxan sübutları izah etmələri tələb olunub.

Təqdim olunan hallardan biri 76 yaşlı xəstənin tibbi keçmişinə əsaslanıb. Xəstədə ağrı, anemiya və böyrək funksiyasının pozulması simptomları müşahidə olunub. Doğru diaqnoz "xolesterol emboliyası" olaraq müəyyən edilib.

Araşdırmada məlum olub ki, "ChatGPT" diaqnoz qoymaqda daha dəqiqdir. Lakin həkimlər botun təklif etdiyi nəticələri tam qəbul etməyə meyilli deyillər.

Süni intellektin tətbiqi və çətinliklər

Stanford Universitetindən Dr. Conatan H. Çen söhbət botlarının istifadəsinin müasir tibbdə dönüş nöqtəsi olduğunu vurğulayıb. Lakin həkimlərin bu alətlərdən səmərəli istifadə etmədiyi də araşdırmada diqqətə çatdırılıb.

Araşdırmanın nəticələri göstərir ki, süni intellekt tibbdə diaqnoz qoyma prosesini inkişaf etdirə bilər, lakin bu potensialın tam reallaşması üçün həkimlərin təlimi və yanaşmalarında dəyişiklik tələb olunur.

Избранный
19
3
olke.az

4Источники