RU

Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



17 yaşlı Röyalın dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Gülbahar Əsgərova məlumat verib.
O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir:
"Röyal bir müddət əvvəl vərəmli meningit keçirdi və nəticədə görmə qabiliyyətini itirdi. Bundan əlavə, o, beta-talassemiya xəstəsidir. Ayda iki dəfə qan köçürülür, müxtəlif ağır dərmanlar qəbul edir. Son günlər vəziyyəti daha da ağırlaşıb. Hazırda ona üç doza vaksin vurulmalıdır".
Gülbahar Əsgərova Röyalın onun yeganə övladı olduğunu qeyd edib:
"Röyal mənim tək övladımdır. İkinci dəfə ana olmaq şansım yoxdur, çünki özüm də ağır əməliyyat keçirmişəm. Atası ağır xəstədir, anam isə yataq xəstəsidir. Təkcə Röyalın pensiyası ilə dolanmağa çalışırıq. Röyal mənim yeganə ümid yerimdir, ondan başqa heç kimim yoxdur. Ona nəsə olsa, "ana" kəlməsinə həsrət qalaram.
Onun müalicəsi üçün 450 manat vaksin xərci, əlavə olaraq 500 manat isə digər müalicələri üçün lazımdır. Yardımsevər insanlardan bizə dəstək olmağı, övladımı bu çətin vəziyyətdən xilas etmək üçün kömək etməyi xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 486-20-09.
Kapital Bank: 4169 7385 3638 0284.
Избранный
39
50
oxu.az

10Источники