Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Modern.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Kəpəz” Tovuzda “Sumqayıt”la üz-üzə gəlib. Kamal Umudlunun idarə etdiyi bu oyunda qapılara qol vurulmayıb.
Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” və “Səbail” – “Zirə” oyunları sabah, “Şamaxı” – “Sabah” və “Qarabağ” – “Araz-Naxçıvan” görüşləri isə ayın 22-də keçiriləcək.