RU

İranın Suriyada heç bir rolu olmayacaq - Barbara Lif

Bakı. Trend:

ABŞ, İranın Suriyada hər hansı bir rol oynamaq imkanının artıqmövcud olmadığını bildirir.

Trend xəbər verirki, bu açıqlama ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrəköməkçisi Barbara Lif tərəfindən Dəməşqə səfərindən sonra keçirilənxüsusi onlayn brifinq zamanı səsləndirilib.

“Mənim indiyə qədərki müşahidələrimə əsasən, İranın Suriyada heçbir rolu olmayacaq. Əslində, belə də olmalıdır. İranın buradahansısa rol oynaya biləcəyini təsəvvür etmək çətindir. Niyə beləbir rol olmalıdır?” – deyə Lif vurğulayıb.

Eyni zamanda, o, Türkiyənin Suriyadakı mövqeyinin əhəmiyyətinixüsusi qeyd edib: “Türkiyənin, əlbəttə ki, Suriyada mühüm rolu var.Tarixi qonşuluğu və Suriyada milli təhlükəsizlik maraqları da daxilolmaqla, müxtəlif sahələrdə təsir gücünə malikdir”.

Избранный
41
az.trend.az

1Источники