Bakı. Trend:
"Tesla" şirkəti təkər təzyiqi monitorinq sistemindəkixəbərdarlıq işığı ilə bağlı problem səbəbindən 700 min avtomobiligeri çağırır.
Trend xəbər verirki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasınınaçıqlamasına görə, bu problem 2024-cü il istehsalı olan“Cybertruck”, 2017-2025-ci illərin istehsalı olan “Model 3” və2020-2025-ci illərin istehsalı olan “Model Y” modellərində qeydəalınıb.
"Tesla" şirkəti problemi həll etmək məqsədilə müştərilərə pulsuzproqram yeniləməsi təqdim edəcəyini bildirib.