RU

Doğma Şuşaya ayaq basdığım üçün çox şadam - Şuşa sakini

Yenidən doğma Şuşaya ayaq basdığım üçün çox sevinirəm.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şuşa sakini Zülfüqarova Əsli deyib.

Onun sözlərinə görə, 1992-ci ildə Şuşanı tərk etmək məcburiyyətində qalıb və indi sevinə-sevinə doğma yurda qayıdır.

"15 yaşında tərk etdiyim Şuşaya 49 yaşında dönürəm. Övladlarımız doöma yurdumuzda böyütmək və xoşbəxt yaşamaq arzusundayıq.

Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin, əsgərlərimizi qorusun", -deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Избранный
20
1
day.az

2Источники