RU

Gürcüstan hökuməti 4 siyasi partiyanın rəhbərləri ilə dialoq aparacaq

“Yaxın günlərdə 4 əsas müxalifət partiyaların rəhbərləri ilə dialoqumuz olacaq. Bizim müxalifət əslində 4 radikal partiyadır, onların öz ağaları var və bizim üçün onların ağaları ilə dialoqa başlamaq daha yaxşıdır”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Baş nazir deyib ki, əgər “Xarici təsirin şəffaflığı haqqında” Qanunun hüquqi prinsipləri ilə bağlı dəqiq və konkret faktlar ortaya qoyularsa, iqtidar ona yenidən baxmağa hazırdır.

Onun sözlərinə görə, bu mövzuda onun mesajları ilə Avropa Şurasının sədri Alain Bersetin mesajları tam üst-üstə düşür.

“Prinsipcə düşünürəm ki, mesajlarımız bir-birindən fərqlənmir. Bir daha deyirik ki, Avropa Şurasının təklif etdiyi format da daxil olmaqla istənilən formatda müzakirələrə açığıq. Əgər konkret format yaradılarsa, o cümlədən, əlbəttə ki, biz indi açığıq. Mesajlarımız arasında tam uyğunluq var” – deyə, Kobaxidze vurğulayıb.

Kobaxidze deyib ki, ikinci dərəcəli qüvvələrlə dialoqun mənasızdır: Ümumiyyətlə, dialoq çox vacibdir, lakin bizim müxalifət və əslində bu dörd radikal partiya ikinci dərəcəli qüvvələrdir. Onların öz ağaları var və bizim üçün təbii ki, onların ağaları ilə dialoq aparmaq daha yaxşıdır”.

Избранный
16
2
xezerxeber.az

3Источники