RU

Zelenski: Rusiya qazının Azərbaycan qazı kim tranzitini qoymayacağıq

Ukrayna Azərbaycan qazı adı altında Rusiya qazının tranzitinə icazə verməyəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa İttifaqı liderləri ilə görüşündən sonra bildirib ki, Ukrayna artıq Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməyəcək.

Onun sözlərinə görə, bu qadağa Rusiya qazının Azərbaycan qazı adı altında Avropaya satılması riskinin qarşısını almaq üçün “Rusiyadan” istənilən qaz axınına şamil olunacaq.

“Biz onların qanımızla əlavə milyardlar qazanmasına icazə verməyəcəyik və Rusiyadan ucuz bir şey ala biləcək hər hansı bir ölkə sonda Rusiyadan asılı olacaq – bunun bir ay və ya bir il ərzində baş verməsinin fərqi yoxdur, onların siyasətidir” deyən Zelenski Ukraynanın qərarını dəyişdirməsi və tranzit müqaviləsini yeniləməsi ehtimalı ilə bağlı sualı cavablandırıb.

Избранный
12
1
moderator.az

2Источники