RU

Pentaqon yeni uzaqmənzilli hipersəs raketləri sınaqdan keçirib

ABŞ Müdafiə Nazirliyi ABŞ ordusu üçün iki yeni uzaqmənzilli raketi sınaqdan keçirib. Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilib ki, söhbət uzaqmənzilli hipersəs silahlarından (Long-Range Hypersonic Weapon, LRHW), eləcə də yüksək dəqiqlikli raketdən (Precision Strike Missile, PrSM) gedir.

LRHW dekabr ayında Kanaveral burnunda sınaqdan keçirilib. Raket planlaşdırılmış trayektoriyaya daxil olub və seçilmiş hədəfi dəqiqliklə vurub. Bu, ilk uğurlu buraxılış imiş. Çünki bu raketlər əvvəllər uğursuz şəkildə yerə düşmüşdü.

Sözügedən sistem nəqliyyat və buraxılış konteynerində AUR raketini, həmçinin C-HGB döyüş başlığını daşıyır. Qeyd edilir ki, raket ən azı 5 Max sürətə çata bilir.

Öz növbəsində, PrSM Amerikanın Lockheed Martin konserni tərəfindən ABŞ Ordusunda ATACMS raketlərini əvəz etmək üçün hazırlanıb.

Tural

Избранный
12
news365.az

1Источники