RU

Almaniyada terror aktı nəticəsində dörd nəfər ölüb, yaralıların sayı 200-ü keçib - YENİLƏNİB-2

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı dördə çatıb, təxminən 200 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri polisə istinadən məlumat yayıb.

"Maqdeburqda Milad yarmarkasındakı hadisə nəticəsində ölənlərin sayı dördə çatıb. Hadisə nəticəsində təxminən 200 nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 20-i axşam Almaniyanın Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi qara BMW-ni Milad yarmarkasındakı izdihamın üzərinə sürüb. Nəticədə iki nəfərin öldüyü və 68 nəfərin xəsarət aldığı bildirilirdi.

“Bild”in məlumatına görə, hadisədə şübhəli bilinən şəxs 50 yaşlı Taleb A.-dır. Güman edilir ki, avtomobili o idarə edib. Taleb A. Səudiyyə Ərəbistanında anadan olub, lakin İslamı sərt tənqid edib və özünü "Almaniya üçün Alternativ" (AfD) partiyasının tərəfdarı hesab edib.

00:43

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.

Nəşr bildirib ki, hadisədə 11 nəfər ölüb.

“Welt” isə vurğulayıb ki, “BMW” markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib. Nəqliyyat vasitəsi icarəyə götürülüb.

Artıq Almaniya kansleri Olaf Şolts baş verən hadisəyə münasibət bildirib: “Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır. Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındaır. Bu dəhşətli saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm”.

Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.

23:19

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdiyi iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Əyalət polisi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.

Saksoniya-Anhalt əyalətinin hökuməti hadisəni terror aktı qiymətləndirib.

Избранный
17
44
far.az

10Источники