RU

Suriyada yeni hökümətə Türkiyə məzunları təyin olunur

Bakı. TurkicWorld

Dekabrın 8-də Bəşşar Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn müxaliflər yeni höküməti formalaşdırmağa başlayıblar.

TurkicWorld Arab.AZ-a istinadən xəbər verir ki, yeni formalaşdırılan hökümətdə Türkiyə universitetlərinin məzunları nazir, vali və digər önəmli postlara təyin olunurlar. Misal üçün, Suriyanın yeni xarici işlər nazirliyinə Türkiyənin Sabahaddin Zaim universitetinin yetirməsi, Hələb valiliyinə isə Bingöl Universiteti məzunu təyin ediliblər.

Digər tərəfdən, Suriya höküməti Türkiyəyə qarşı çox ilımlı mesajlar verməkdədir ki bu da Türkiyənin bölgədə artan gücünün və eləcə də, Suriyanın gələcəyində Türkiyənin aparıcı rola sahib olduğunu söyləməyə əsas verir.

Избранный
34
turkic.world

1Источники