İngiltərə Premyer Liqasının 17-ci turunda Londonun “Kristal Pelas”ı eyni şəhərin “Arsenal”ını qəbul edib.
"Unikal" xəbər verir ki, baş hakim Saymon Huperin idarə etdiyi oyun “Selherst Park”da baş tutub.
6-cı dəqiqədə “topçular”ın braziliyalı hücumçusu Qabriel Jezus hesabı açıb. Cəmi beş dəqiqə sonra seneqallı İsmaila Sarr status-kvonu bərpa etsə də, “qartallar”ın sevinci çox çəkməyib: 14-cü dəqiqədə Jezus dubla imza atıb. 38-ci dəqiqədə isə almaniyalı yarımmüdafiəçi Kay Haverts hesabdakı fərqi ikiyə çatdırıb. Matçın birinci yarısı Mikel Artetanın yetirmələrinin üstünlüyü ilə başa çatıb. Qeyd edək ki, ilk hissə “Arsenal”ın aparıcı futbolçusu Bukayo Sakanın əzələ zədələnməsi ilə də yadda qalıb.
İkinci hissəyə daha fəal başlayan tərəf ev sahibləri olsa da, qapıçı David Rayanın inamlı oyunu onların planlarını pozub. Oliver Qlasnerin komandasının təzyiqinə baxmayaraq, 60-cı dəqiqədə braziliyalı Qabriel Martinelli hesabı darmadağın həddinə çatdırıb. Oyunda son nöqtəni isə “topçular”ın ingiltərəli dayaq yarımmüdafiəçisi Deklan Rays qoyub: “Kristal Pelas” – 1, “Arsenal” – 5.