RU

Kobaxidze Zurabişviliyə xəbərdarlıq etdi - "Bunu etsə..."

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişviliyə yeni parlament seçkilərinin təyin edilməsi ideyasını dəstəklədiyi üçün xəbərdarlıq edib. Baş nazir əks halda bu, Zurabişvilinin cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Kobaxidzenin sözlərinə görə, Zurabişvili şənbə günü müxalifət və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşüb. İclasda yeni parlament seçkilərinin təyin edilməsi mümkünlüyü müzakirə olunub, lakin son anda Zurabişvili bundan çəkindirilib.

“Bizə məlumat verildi ki, onlardünən seçkilərin təyin edilməsi məsələsini ciddi müzakirə ediblər. Salome Zurabişvili dünən parlament seçkiləri təyin etməli olduğu niyyəti ilə müxalifət spektrini və QHT-ləri bir araya toplayıb”, - Kobaxidze belə deyib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanda mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri üç halda təyin edilir: təkrar seçkilər, Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə,4 illik səlahiyyət müddəti bitdikdə. Parlament deputatlarının səlahiyyət müddəti başa çatır və parlament hökumətə etimad göstərmədikdə, növbədənkənar seçkilər keçirilir.


Müəllif: Ceyhun Alışlı
Избранный
42
2
teleqraf.com

10Источники