RU

Ankaradan Dəməşqə tarixi ziyarət - FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvəsi çərçivəsində Misirə etdiyi səfərdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib. O, xarici işlər naziri Hakan Fidanın tezliklə Suriyaya səfər edəcəyini bildirib.

Musavat.com “TRT Haber”ə istinadən xəbər verir ki, gözlənilən səfər bu gün baş tutub. 

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan Dəməşqə etdiyi səfər çərçivəsində Suriyadakı yeni lideri Əhməd əş-Şara ilə görüş keçirib.

Görüşdə Türkiyə Xarici İşlər nazirinin müavini Nuh Yılmaz, Türkiyənin Dəməşqdəki Səfirliyinin Müvəqqəti İşlər Vəkili Burhan Köroğlu, həmçinin Suriya müvəqqəti hökumətinin Xarici İşlər Naziri təyin edilən Əsəd Həsən Şeyban da iştirak edib.

AA-20241222-36553631-36553626-DI.jpg
 
Musavat.com
Избранный
13
musavat.com

1Источники