RU

Xamenei suriyalılara çağırış etdi: Müqavimət göstərin! Türkiyə və İranın fərqi - BİZİM ŞƏRH

İranın ali dini lideri ayətullah Əli Xamenei dekabrın 22-də etdiyi çıxışında suriyalıları keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra formalaşan müvəqqəti hökumətə müqavimət göstərməyə çağırıb.

Musavat.com xəbər verir ki, Xamenei bildirib ki, Suriyadakı üsyan Qərb tərəfindən təşkil edilib və bu vəziyyətə qarşı xüsusilə gənclər qətiyyətlə mübarizə aparmalıdır.

Xatırladaq ki, dekabrın 8-də Həyat Təhrir əş-Şam və onun mütəffiqlərinin ildırımsürətli hücumu ilə Suriyada Əsəd ailəsinin 53 illik hakimiyyətinə son qoyulub. Əsəd ölkəni tərk edərək Rusiyadan siyasi sığınacaq alıb. Həyat Təhrir əş-Şam isə hakimiyyəti ələ keçirən kimi müvəqqəti hökumət yaradıb.

TÜRKİYƏ İSƏ SURİYAYA SÜLH VƏ BÜTÖVLÜK TƏKLİF EDİR - BİZİM ŞƏRH

İranın molla rejimi artıq on ildən çoxdur ki, bütün gücünü Suriyada Bəşər Əsədin diktaturasını qorumağa həsr edib. Rusiyanın dəstəyi ilə bu rejim, Əsəd rejiminin mövcudluğunu qorumaq üçün müharibə başlatdı: nəticədə milyonlarla suriyalı öz yurd-yuvasından məhrum oldu. Yüz minlərlə insan həyatını itirdi, Suriya isə dağıntılar içində qaldı.

Son günlər zərfində isə Türkiyə və onun yaxın müttəfiqlərinin Suriyanın müxalifət güclərinə dəstəyi nəticəsində Əsəd rejimi devrildi. Öz qorxaqlığı və zəifliyi ilə meydanı tərk edən, Bəşər Əsədi qoyub, qaçan İran rejimi indi öz bacarıqsızlığını gizlətmək üçün radikal çağırışlara əl atır.

İranın bu çağırışları isə Suriyada yeni bir qan gölünün başlanmasına zəmin yaradır. İranın “fəlakət ssenarisi” çağırışları Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya səfərinin fonunda diqqəti cəlb edir. Fidanın bu səfəri, həmçinin Həyat Təhrir əş-Şam lideri Əhməd Eşşar ilə baş tutan görüşü, Türkiyənin Suriyaya sabitlik və gələcək təklif etdiyini açıq şəkildə göstərir.

Türkiyə qonşu Suriyaya sülh və sabitlik gətirən qüvvə kimi çıxış edərkən, İran isə yalnız münaqişə, iğtişaş və qan təklif edən bir rejim olaraq qalır. Bu vəziyyət regiondakı fərqli yanaşmaları və maraqları daha da qabarıq şəkildə ortaya qoyur.

Musavat.com

Избранный
27
6
musavat.com

7Источники