RU

Daxili İşlər Nazirliyinin əməkdaşı erməni rəqibini məğlub edərək çempion oldu - FOTO

Gürcüstanın Qardabani şəhərində kikboksinqin MMA K1 versiyası üzrə keçirilən beynəlxalq turnirdə 15 ölkə işdirak edib.

Milli.Az xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarusiya, İran, Bolqarıstan və Rumuniyadan olan idmançılar qatılıb.

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Polis əməkdaşı Kazbek Məmmədov bu döyüşü Şəhidlərimizə həsr edərək rinqə çıxıb.

Onun rəqibi Gürcüstanı təmsil edən erməni əsilli Davit Xaçaturyan olub.

İdmançımız rəqibini məğlub edərək qələbə qazanıb.

Qeyd edək ki, turnirdə Baş məşqçi Əməkdar idman ustası Elçin Hüseynov olub.

Xəyal Abdullayev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
14
2
milli.az

10Источники