RU

Yeni Klinikada onlayn növbə sistemi pilot layihə olaraq tətbiq edilir - Vüqar Qurbanov

Bakı. Trend:

Hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikadatətbiq olunur.

Trend xəbərverir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar QurbanovTƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dairmətbuat konfransında bildirib.

O qeyd edib ki, layihənin tətbiqi xaos və qarışıqlığın minimumaenməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına,tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsindəməmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbəttəsir edib:

“Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibbmüəssisəsində tətbiq olunur. 5 tibb müəssisəsində isə qurulma üçünhazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbəxidmətindən istifadə ediblər.

Sürücülüyə yararlı olmaq barədə tibbi arayışın, sağlamlıqhaqqında tibbi arayışın elektronlaşdırılması da cari ildərəqəmsallaşma ilə bağlı həyata keçirilən layihələrdəndir. Artıq 100mindən çox sürücülüyə yararlı olmaq barədə tibbi arayış, 250 minəyaxın sağlamlıq haqqında arayış elektron formatda təqdimedilib”.

Избранный
5
8
az.trend.az

10Источники