RU

Vüqar Qurbanov: Onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq edilir

Bakı, 23 dekabr, AZƏRTAC

Hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.

O qeyd edib ki, layihənin tətbiqi xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına, tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir edib: “Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibb müəssisəsində tətbiq olunur. 5 tibb müəssisəsində isə qurulma üçün hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər”.

“Sürücülüyə yararlı olmaq barədə tibbi arayışın, sağlamlıq haqqında tibbi arayışın elektronlaşdırılması da cari ildə rəqəmsallaşma ilə bağlı həyata keçirilən layihələrdəndir. Artıq 100 mindən çox sürücülüyə yararlı olmaq barədə tibbi arayış, 250 minə yaxın sağlamlıq haqqında arayış elektron formatda təqdim olunub, - deyə TƏBİB rəsmisi əlavə edib.

Избранный
11
8
azertag.az

10Источники